Modern.az

Əziz Yıldırım azadlığa buraxılıb

Əziz Yıldırım azadlığa buraxılıb

Təhsil

2 İyul 2012, 15:01

Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı bir neçə ay öncə həbs edilən "Fəbərbaxça" klubunun prezidenti Əziz Yıldırım azadlığa buraxılıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışılmış oyunlarda  günahlandırılan Ə.Yıldırıma 6 il 3 ay şərti cəza və 1 milyon türk lirəsi məbləğində cərimə kəsilib.

Ə.Yıldırımla yanaşı, klubun I vitse-prezidenti İlhan Ekşioğlu, Olqun Peker və Yusuf Turanlı da azadlığa buraxılanlar sırasında olub. 

Məhkəmədə çıxış edən "Fənərbaxça" prezidenti qərardan narazı olduğunu deyib və bəraət tələb edib.

  Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı