Modern.az

I qrupun düzgün cavabları açıqlandı

I qrupun düzgün cavabları açıqlandı

Təhsil

20 İyul 2012, 23:27

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  iyulun 20-də 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə  I ixtisas qrupu üzrə qəbul imtahanları keçirib. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, I qrup üzrə keçirilən test imtahanlarının düzgün cavabları açıqlanıb. İmtahanımn düzgün cavabları qurumun rəsmi saytında yerləşdirilib.Nəticələri öyrənəmk üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.

Azərbaycan dili bölməsi üzrə - (//tqdk.gov.az/etalon2012/tq_a1.htm)

Rus dili bölməsi üzrə - (//tqdk.gov.az/etalon2012/tq_r1.htm)

Qeyd edək ki, imtahanlar respublikanın 6 şəhərində - Bakıda 37, Naxçıvanda 2,  Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçirilib. Abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə Komissiyanın internet saytında xüsusi xəritə-göstəricilərlə təchiz olunmuş, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib. Ümumilikdə 2012-ci ildə  I qrup üzrə  33533  abituriyent ərizə təqdim edib. I ixtisas qrupu üzrə sənəd verənlərin 30803 nəfəri Azərbaycan bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin  19847  nəfərini oğlanlar, 13686  nəfərini isə qızlar təşkil edir.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!