Modern.az

Qubada hərbi maşın aşıb, 7 əsgər yaralanıb

Qubada hərbi maşın aşıb, 7 əsgər yaralanıb

Təhsil

24 İyul 2012, 19:13

Azərbaycan Ordusunun 7 əsgəri avtomobilə qəzasında yaralanıb. Modern.az-ın ANSPRESS-ə istinadən verdiyi məlumata görə, bu gün saat 15:30 radələrində Quba-Xınalıq yolunun 38 km-də Qiriz Dəhnə kəndi ərazisində hərbi hissəyə məxsus maşın aşıb. Qəza nəticəsində 7 əsgərin xəsarət aldığı bildirilir.

Yaralı əsgərlərin Quba rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə 3 əsgərin gətirildiyi təsdiqlənib. Belə ki, onların xəsarətlərinin yüngül olduğu bildirilir.

Hərbçilərin təlimdən qayıtdığı zaman qəzaya uğradığı qeyd olunur. Araşdırmalar davam edir.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!