Modern.az

Əsəddən Türkiyəyə ağır zərbə

Əsəddən Türkiyəyə ağır zərbə

تحصیلات

28 İyul 2012, 12:57

Suriyada son günlər baş verən qanlı hadisələrdən sonra prezident Bəşər Əsəd rəqibi Türkiyəyə ağır zərbə vurub. Belə ki, Türkiyəyə qarşı PKK terrorçularına dəstək verəcəyini bildirib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Əsəd Türkiyə ilə sərhəd bölgələrdə, Şanlı Urfa Suruc, Mardin Nusaybin və Hataya  yaxın Qamışlı, İdlip ve Ayn Al Arab (Kobane) bölgələrində  terrorçu qruplaşmalara düşərgə salmaq üçün icazə verib.

Əsəd həmçinin PKK-a müraciət edərək onlara istənilən qədər maddi dəstək verəcəyini açıqlayıb.

Qeyd edək ki, atası Hafiz Əsədin ölümündən sonra dağıdılan terrorçu düşərgələri Bəşər Əsədin icazəsi ilə 13 ildən sonra yenidən bərpa edilib. Sərhəddə mindən çox terorçunun olduğu bildirilir.

Anar RÜSTƏMOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı