Modern.az

Sərkisyan: “Münaqişənin həll olunduğunu öz gözümlə görəcəyəm”

Sərkisyan: “Münaqişənin həll olunduğunu öz gözümlə görəcəyəm”

Təhsil

6 Oktyabr 2012, 15:08

“Mən əminəm ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu öz gözümlə görəcəyəm. Ən azı bilirəm ki, Dağlıq Qarabağı heç vaxt Azərbaycanın tərkibində görməyəcəyəm”. 

Modern.az bildirir ki, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan “Röyter”ə müsahibəsində  problemin həlli ilə bağlı danışarkən deyib.

Sərkisyan deyib ki, Ermənistan məsələnin sülh yolu ilə həll olunmasını istəyir. “Bu gün müharibə təhlükəsi artsa da, danışıqlar prosesi dayandırmamalıdır”-deyə Sərkisyan nala-mıxa vurub.    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...