Fevralın 18-də atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusu itkilər verib. Ayrı-ayrı mətbu orqanları hərbi mənbəələrə istinad edərək 2 əsgərimizin həlak olduğunu, bir neçə hərbçimizin isə yaralandığını bildirirlər.
Saat 13.00 radələrində Azərbaycan milli ordusunun əsgəri, Şəki rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmış Sahil Novruz oğlu Məmmədov düşmən gülləsinə tuş gəlib. Sahil Novruzov yaxınlıqdakı xəstəxanaya çatdırılsa da orada keçinib.
Saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin Ağdam rayonun işğal altındakı Gülçülük Savxozu ərazisindən atəş açması nəiticəsində milli ordumuzun daha bir əsgəri Xəyal Bəşər oğlu Fərəcov həlak olub. O, Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıbmış.
Cəbhənin Tərtərin Qapanlı kəndi istiqamətində atəşkəsin pozulması nəticəsində isə milli ordumuzun bir əsgəri yaralanıb. O, hospitala yerləşdirilib. Cəbhənin Beyləqan istiqamətində də bir neçə əsgərlərin yaralandığı barədə məlumatlar var.
Müdafiə Nazirliyi hələ ki bu məlumatlara aydınlıq gətirməyib.