Modern.az

Şeyx dünyaya müraciət etdi

Şeyx dünyaya müraciət etdi

Təhsil

23 Fevral 2010, 14:56

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Xocalı soyqırımı ilə əlaqədar dünya ölkələrinə müraciət edib.
Modern.az-ın məlumatına görə, müraciətdə bildirlib ki, 1992-ci il fevralın 26-da Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisinin erməni quldurlarının amansız basqınına məruz qalması, 613 nəfərin qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyidlərin üzərində təhqiramiz əməllər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə başucalığı gətirə bilməz. 

Şeyx dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycana qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, xalqımızın faciəsinə biganə qalmamağa, Xocalı müsibətini insanlığa qarşı soyqırım aktı kimi tanımağa çağırıb.


 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?