Bu gün Ukrayna dövlət başçısı Viktor Yuşşenkonun tərəfdarları bir-birinin ardınca istefa verməyə başlayıb. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, ilk öncə prezident katibliyinin rəhbəri Vera Ulyançenko istefa ərizəsin yazıb. “İnian” agentliyi prezidentin mətbuat katibi İrina Vannikovaya istinadən xəbər verib ki, daha sonra Dövlət İşlər İdarəsinin sədri İqor Tarasyuk, prezident katibliyi rəhbərinin müavinləri Aleksandr Şlapak, İqor Popov, Valentina Rudenko, İvan Perexoda isefa ərizələrini təqdim ediblər. Bundan əlavə, Ukrayna Strateji Araşdırmalar İnstitutunun sədri Yuri Ruban, ölkənin Təhlükəsizlik Şurası sədrinin müavini Vladimir Oqrızko da istefa verib.