Dəfn mərasimində iştirak edən Təfəkkür Universitetinin prorektoru Rahim Hüseyinov Modern.az-a açıqlamasında bildirib ki, Murad Babayev onların xatirəsində əvəzsiz bir insan kimi qalacaq:
"Murad müəllimin itkisi tək Təfəkkür Universitetinin deyil, bütün Azərbaycan ictimaiyyətinin itkisidir. O, həm peşəkar hüquqşünas, həm də qəlbi nəcib bir insan kimi daim bizim xatirəmizdə yaşayacaq. Murad Babayev gənclik üçün əlindən gələni əsirgəməyən bir şəxsiyyət idi. Son zamanlarda tələbələrin ona görsətdiyi qayğı, sevgi göz önündəydi. Murad Babayev öz peşəsinin ən yüksək zirvəsinə qalxıb, general rütbəsi almış bir şəxsiyyət oldu. O, bizim aramızdan nəcib xasiyyətli mədəni bir insan kimi getdi. Mən hesab edirəm ki, Murad Babayev cavan rəhmətə getsə də, Azərbayacan tarixində geniş iz buraxıb. Təfəkkür Universitetinin rəhbərliyi adından Murad Babayevin yaxınlarına və Azərbaycan ictimaiyyətinə başsağlığı verirəm, Allah rəhmət eləsin".
|
|
|
|
|
|
|
|
|
|
|
|