Modern.az

Qüdrət Həsənquliyevdən iki yeni təyinat

Qüdrət Həsənquliyevdən iki yeni təyinat

Təhsil

7 Yanvar 2013, 15:29

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev yeni struktur vahidlərinin yaradılması və təyinatlarla bağlı bir neçə əmr imzalayıb. Modern.az xəbər verir ki, BAXCP sədrinin əmrinə əsasən, partiyada Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələr üzrə katiblik yaradılıb və Yaşar Kələntərli təşkilati işlər üzrə katib vəzifəsindən azad edilərək BAXCP-nin Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələr üzrə katibi vəzifəsinə təyin olunub. Partiyanın təşkilati işlər üzrə katibi vəzifəsinə isə Bünyamin Qəmbərli təyin edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı