Modern.az

"El" hərəkatı bəyanat verdi

"El" hərəkatı bəyanat verdi

Təhsil

10 Mart 2013, 20:35

“El” hərəkatı "Əsgər ölümlərinə son" devizi ilə bu gün paytaxtın mərkzində keçirilıən etiraz aksiyasının zorakılıqla dağıdılmasına etiraz ifadə bəyanat qəbul edib.

Modern.az-ın məlumatına görə, bəyanatda bildirilir ki? gənclərin bu gün keçirdiyi aksiyada polis qüvvələri gənclərə qarşı son dərəcə amansızlıq nümayiş etdirib.

“El” hərəkatı gənclərin dinc etiraz aksiyasına qarşı qeyri-adekvat zor tətbiqini, polis zorakılığını və kütləvi qanunsuz həbsləri birmənalı olaraq vətəndaşların hüquq və azadlıqlarının, o cümlədən sərbəst toplaşmaq azadlığının kobud surətdə pozulması kimi dəyərləndirir.

Bəyanatda qeyd edilir ki, “El” hərəkatı həbs edilmiş şəxslərin dərhal və şərtsiz azad olunmasını tələb edir.

A.RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir