Modern.az

Abutalıbov yenə “yox” dedi

Abutalıbov yenə “yox” dedi

Təhsil

11 Mart 2013, 13:01

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat başqanı İsa Qəmbərin gənclərlə görüşünə icazə verməyib. Müsavat Partiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı Meriyası gənclərin müraciətini göndərdiyi cavab məktubunda məqbul hesab etmədiyini açıqlayıb.

Xatırladaq ki, Müsavat Partiyasının Gənclər Təşkilatı martın 17-də başqan İsa Qəmbərləgörüşün keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı. Müraciətdə görüşün  “Bakı”, “Təbriz” və “Dostluq” kinoteatrlarından birində keçirilməsinə icazə verilməsi qeyd olunurdu.

A.RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!