Modern.az

Azərbaycanda hərbi maşın aşıb, bir hərbçi ölüb

Azərbaycanda hərbi maşın aşıb, bir hərbçi ölüb

Təhsil

13 Mart 2013, 15:40

Azərbaycanda hərbi maşın qəzaya uğrayıb.  APA-nın məlumatına görə, hadisə bu gün 12.30 radələrində Naxçıvan Muxtar Respublikasında qeyd alınıb.

 Culfa-Ordubad yolunda hərəkətdə olan, “N” saylı hərbi hissəyə məxsus yük maşınının aşması nəticəsində maşınının komandiri, 1986-cı il təvəllüdlü gizir Roman İslam oğlu Məmmədov hadisə yerində ölüb.

 Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev məlumatı təsdiqləyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı