Modern.az

ATƏT-in Bakı Ofisi təkzib bəyanatı yaydı

ATƏT-in Bakı Ofisi təkzib bəyanatı yaydı

Təhsil

14 Mart 2013, 11:20

ATƏT-in Bakı Ofisi onlarda yoxlama aparılması barədə yayılan məlumatlara aydınlıq gətirib. ATƏT-in Bakı Ofisindən Modern.az-a verilən məlumata görə, bu gün Azərbaycanın bəzi media orqanları ATƏT-in Bakı Ofisi haqqında həqiqətə uyğun olmayan məlumatlar dərc edib.

Bəyanatda bildirilir: "Bununla əlaqədar bəyan edirik ki, hazırda ATƏT-in Bakı Ofisində heç bir yoxlama aparılmır. Ofis həmişəki fəaliyyətini, o cümlədən layihələrin icrasını, eləcə də hökumət orqanları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirir".

Bəyanatda həmçinin qeyd olunub ki, digər tərəfdən, media orqanlarının ATƏT-in Bakı Ofisinin mövqeyini öyrənmədən bu cür xəbərləri yayması təəssüf doğurur.

"Bunun jurnalist etikasına zidd olduğunu bir daha xatırlatmaq istərdik".

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!