Modern.az

Elmar Məmmədyarov Litvadakı səfirə təlimat verdi

Elmar Məmmədyarov Litvadakı səfirə təlimat verdi

Təhsil

15 Mart 2013, 14:48

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litva Seymində separatçı “Dağlıq Qarabağ Respublikası” ilə parlamentlərarası əlaqələr üzrə qrupunun yaradılması məsələsinə münasibət bildirib. APA-nın məlumatına görə, nazir bu məsələnin araşdırılması üçün Azərbaycanın Litvadakı səfirinə təlimat verildiyini deyib:

“Artıq bizim Litvadakı səfirimizə bununla bağlı görüşlər keçirmək və məsələni araşdırmaq təlimatı verilib. Bu məsələ ilə bağlı məlumat alan kimi mətbuata əlavə açıqlama veriləcək”.  

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı