Türkiyə-Azərbaycan Parlamentlərarası Dostlıq Qrupunun sədri Necdet Ünivar Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
“Dost və qardaş Azərbaycanın Novruz bayramını təbrik edirəm. Novruz Baharın müjdəçisi, dostluqların möhkəmlənməsinə vəsilə olan günlərdən biridir. Novruz bütün Türk Dünyası üçün bayramdır, ancaq Azərbaycan xalqı bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması, xalqın öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirməklə yaşatmışdır. Bir daha Azərbaycan xalqının bu özəl bayramını təbrik edir, qardaşlarıma bol ruzi bərəkət, səadət gətirməsini arzulayıram”.
Modern.az