Modern.az

BAXCP-nin Goranboy təşkilatı da bəyanat yaydı

BAXCP-nin Goranboy təşkilatı da bəyanat yaydı

Təhsil

18 Mart 2013, 13:07



Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Goranboy rayon təşkilatı Milli Qəhrəman Maşallah Abdullayevin Modern.az saytına verdiyi açıqlama ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:  “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Goranboy rayon təşkilatının sabiq sədri, Milli Qəhrəman Maşallah Abdullayevin BAXCP-nin Goranboy rayon təşkilatının bütövlükdə «El» Hərəkatına qoşulması ilə bağlı mətbuata verdiyi açıqlamalar həqiqətə uyğun deyil.

Bəyan edirik ki, Maşallah Abdullayev partiya sıralarını tərk etməsi, «El» Hərəkatına qoşulması, eləcə də atdığı addımların səbəbləri ilə bağlı BAXCP Goranboy rayon təşkilatının səlahiyyətli şəxsləri ilə və seçkili orqanlarında heç bir müzakirə aparmayıb. Onun bu addımları haqqında mətbuatdan məlumat almışıq. Bəyan edirik ki, BAXCP Goranboy rayon təşkilatının müvafiq strukturları partiyanın Nizamnaməsinə uyğun şəkildə fəaliyyətini davam etdirir və bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə hazırlaşır”.

Bəyanatı BAXCP Goranboy  rayon  təşkilatı Məclisinin sədri Mehdiyev Nəsib Yusif oğlu və Goranboy rayon təşkilatından BAXCP Ali Məclisinin üzvü Bədəlov İlham Bədəl oğlu imzalayıblar.      
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı