Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 17-də ölkədə 12 nəfər müxtəlif yollarla zəhərlənib.
Nərimanov rayonu ərazisində yaşayan Günel Ələkbərova dəm qazından zəhərlənərək ölüb. Elə bu rayonda 5 yaşlı Səid Fətəliyev dəm qazından zəhərlənərək ölüb.
Martın 17-də Sumqayıt şəhər sakinləri Sabir Dadaşov, 5 yaşlı Fatma Dünyamalıyeva, Abşeron rayon sakinləri Reyhan Rəhimova, Tahir Məmmədov, Gəncə şəhər sakinləri Məhəmməd Qəldiyev, arvadı Zərnaf, anası Xanım, Səyyad Rəsulov, Xeyransa Ələsgərova və Nigar Ələkbərova evlərindən dərmandan, dəm qazından, kimyəvi məhluldan və tüstüdən zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Modern.az