Modern.az

Ali məktəblər üçün ayrılan plan yerlərinin sayı AÇIQLANDI

Ali məktəblər üçün ayrılan plan yerlərinin sayı AÇIQLANDI

Təhsil

16 Avqust 2022, 11:18

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün ayrılan plan yerlərinin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, plan yerlərinin sayı 51 881 olacaq.

 

Onun sözlərinə görə, ötən il plan yeri 49 998 təşkil edib.

 

“Müqayisə etsək bu il 2546 yer daha çoxdur. Plan yerlərinin 23 627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur”, - deyə DİM sədri vurğulayıb.

 

Qeyd edək ki, avqustun 16-dan başlanılan ixtisas seçimi bu ayın 28-dək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?