Modern.az

Dövlət sifarişli yerlərin sayı ARTDI

Dövlət sifarişli yerlərin sayı ARTDI

Təhsil

16 Avqust 2022, 11:38

Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə daha çox artıb.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçiminin başlanması ilə əlaqədar mətbuat konfransında bildirib.

 

DİM sədri vurğulayıb ki, 2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 746 yer artıb. Onun 643-ü birinci ixtisas qrupuna aiddir.

 

"Artım daha çox birinci ixtisas qrupu üzrə ixtisaslarda olub", - M.Abbaszadə vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...