Modern.az

Şəhid oğlu Türkiyədə ali məktəbə qəbul oldu

Şəhid oğlu Türkiyədə ali məktəbə qəbul oldu

Təhsil

23 Avqust 2022, 08:35

Vətən Müharibəsi şəhidi Mirzə Axundovun oğlu Ağamusa Axundzadə Türkiyənin Kocaeli Universitetinin Texnologiya fakültəsi, Biomedikal mühəndisliyi ixtisasına qəbul olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyi məlumat yayıb.

 

Bildirilib ki, A.Axundzadə Türkiyə Bursları Vəqfinin təqaüdünü də qazanıb.

 

Qeyd edək ki, Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundov 2020-ci ilin oktyabrın 2-də Talış istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?