Modern.az

Azərbaycanın CAR-dakı səfirliyi bəyanat yaydı

Azərbaycanın CAR-dakı səfirliyi bəyanat yaydı

Təhsil

29 Mart 2013, 12:34

28 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyi 31 Mart Azərbaycanlıların Soyqırımı gününün növbəti ildönümü ilə əlaqədar fəaliyyət göstərdiyi ölkədəki səfirliklər və dövlət orqanları arasında bəyanat yayıb.

Səfilikdən Modern.az-a bildirilib ki, bəyanatda soyqırımın tarixi və ağır nəticələri haqda geniş məlumat verilib. 31 Mart Azərbaycanlıların Soyqırımı haqda ümumi məlumat əks olunan bəyanatda həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Xocalı soyqırımının baş verdiyi vurğulanıb və bu problemin hazırki günədək öz həlli yolunu tapmadığı bildirilib. Həmçinin bəyanat CAR-da fəaliyyət göstərən Azərbaycan Dostları (Friends of Azerbaijan) qeyri-hökumət təşkilatının rəsmi internet səhifəsində yerləşdirilib (//azerbaijan.org.za/index.php/history/44-1918-genocide-of-azerbaijanis-by-armenian-forces).
İnternet səhifəsində Azərbaycanlıların Soyqırımına aid materiallara dair linklər göstərilib, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının E-kataloqunda yerləşdirilmiş ingilis dilində bu hadisəyə aid materiallara linklər verilib. Bəyanatın sonunda münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünə qarşı qəti və güclü mövqedə dayanmağa çağırılıb.

Modern.az
 
Sizə yeni x var
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir