Modern.az

MİQ üzrə növbəti müsahibə keçirildi 

MİQ üzrə növbəti müsahibə keçirildi 

Təhsil

26 Avqust 2022, 19:23

Bu gün internat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

 

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Modern.az-a bildirilib ki, müsahibələrə 161 namizəd dəvət edilib.

 

Onlardan 134 namizəd müsahibə mərhələsində iştirak edib.

 

Müsahibələrdə namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyətliliyi yoxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?