Modern.az

Məlahət İbrahimqızı 70 ölkənin qadın siyasətçilərinə həmsədr seçildi

Məlahət İbrahimqızı 70 ölkənin qadın siyasətçilərinə həmsədr seçildi

Təhsil

5 Aprel 2013, 15:45

Bu gün Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) qadın qolu təsis olunub. Modern.az xəbər verir ki, YAP-çı millət vəkili, Məlahət İbrahimqızı İCAPP-ın qadınlar təşkilatının həmsədri seçilib.

İCAPP-a 70 ölkədən 300 partiya daxildir.

Xatırladaq ki, iclasa Məlahət İbrahimqızı sədrlik edib. Konfransda bir sıra millət vəkili, xarici nümayəndələr iştirak edib. Toplantının sabah yekunlaşacağı gözlənilir.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə