Modern.az

Binəqədi rayonunun polis rəisi “El” hərəkatının ofisinə basqından danışdı

Binəqədi rayonunun polis rəisi “El” hərəkatının ofisinə basqından danışdı

Təhsil

5 Aprel 2013, 15:46

““El” hərəkatının ofisinə polislərin basqın etməsi xəbəri tamamilə yalandır”. Bunu Modern.az saytına açıqlamasında Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ağalar Məhərrəmov deyib.

“El-oba bilirik nədir. Amma mən “El” hərəkatını birinci dəfədir eşidirəm. Belə bir hadisə olmayıb, yalandır”-deyə polis rəisi açıqlama verib.

Qeyd edək ki, “El” hərəkatının lideri Eldar Namazov saytımıza açıqlamasında Binəqədi rayonunda yerləşən ofislərinə polislərin basqın etdiyini bildirib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...