Modern.az

Rəsul Quliyev Eldar Namazovu namizəd olacağına görə qınadı

Rəsul Quliyev Eldar Namazovu namizəd olacağına görə qınadı

Təhsil

12 Aprel 2013, 15:15

 
Milli Məclisin sabiq sədri, hazırda Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev “EL” hərəkatının lideri Eldar Namazovun prezidentliyə namizədliyini irəli sürməsinə münasibət açıqlayıb. 

2013-cü il prezident seçkilərində özünü müxalifətin ən güclü namizədi hesab edən eks-spiker Eldar Namazovun namizədliyinə kinayə ilə yanaşıb.

Bu haqda R.Quliyev Modern.az-a açıqlamasında bildirib.

“Ölkədə bugünkü vəziyyət prezidentliyə namizədliyini verənlərin hamısının perspektivini eyniləşdirib. 2 variant ola bilər: ya namizədliyi irəli sürmək üçün lazım olan - bilmirəm nə qədərdir- imzaları toplamaq mümkün olmayacaq; ya da seçkilərin nəticəsinə görə 0.1-dən 1.0 faizə qədər səs toplayacaqlar. Bu barədə mən fikirlərimi Vaşinqton silsiləsindən 4-cü yazımla geniş izah edəcəyəm. Bu gün “prezidentliyə namizədliyimi irəli sürürəm” deyib bəyanat verməklə ancaq hökümətin seçkiləri saxtalaşdırmağına xidmət edirik. Bəyanat “seçkilərin azad və ədalətli keçrilməsinə nail olcağam” və “seçkilərdə iştirak edəcəyəm” şəkilində olmalıdır”, -deyə R.Quliyev vurğulayıb.   

Anar RÜSTƏMOV    

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı