Modern.az

“Azərsu” sədri Bakının içməli su və kanalizasiya məsələsindən danışdı

“Azərsu” sədri Bakının içməli su və kanalizasiya məsələsindən danışdı

Təhsil

12 Aprel 2013, 15:03


“Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda sudan səmərəli istifadə tarixin bütün dövrlərində aktual olmuşdur. Bu problem özünü daha çox şirin su ehtiyatlarının məhdud olduğu Abşeron yarımadasında büruzə vermişdir”.
Bu fikirləri Bakıda keçirilən “Xəzər Beynəlxalq Su Texnologiyaları” konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, “Şollar” adı ilə tarixə düşmüş Birinci Bakı kəməri 100 ilə yaxındır ki, paytaxtı içməli su ilə təmin edir. 1958-ci ildə isə İkinci Bakı su kəməri, bundan 3 il sonra isə Ceyranbatan sutəmizləyici qurğular kompleksi istismara verilib.

Q.Hüseynov deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakının və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin keyfiyyətli içməli su ilə təmin olunması məsələsi yenidən aktuallaşıb.
Dünya Bankına, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankına müraciətdən sonra beynəlxalq maliyyə qurumları “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə 88,7 milyon dollar məbləğində güzəştli kreditin ayrılmasına qərar verib. 
1998-2005-ci illərdə həyata keçirilən həmin layihə paytaxt və ətraf qəsəbələrin su təchizatının yaxşılaşdırılmasına öz töhfəsini verib. Q.hüseynov deyib ki. hazırda paytaxtla yanaşı, respublikanın regionlarında da su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr uğurla həyata keçirilir. Bu layihələr həm dövlət büdcəsi, həm də beynəlxalq maliyyə təşkilatlarından cəlb olunmuş vəsaitlər hesabına icra edilir. Ümumilikdə ölkənin 38 şəhər və  rayon mərkəzi, həmçinin 350 kəndində layihələr həyata keçirilir ki, onlardan 24 şəhər və 280 kənddə işlər “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında icra edilir.
Yeni layihələr çərçivəsində sugötürücü sistemlər yenidən qurulur, sutəmizləyici qurğular, su anbarlari tikilir, magistral və şəbəkə su-kanalizasiya xətləri çəkilir, çirkab sutəmizləyici qurğular tikilir, sayğaclaşma işləri aparılır, yeni texnologiya əsasında tunel tipli kanalizasiya kollektorları yaradılır.

”Azərsu” sədri deyib ki, Bakı şəhərinin içməli, tullantı və yağış suları infrastrukturlarının 2035-ci ilə qədər perspektiv inkişafını nəzərdə tutan Master Plan hazırlanıb. Sənədə əsasən Bakı şəhəri və Abşeron yarımadasının su-kanalizasiya infrastrukturu xeyli genişlənərək bütün yaşayış məntəqələrini əhatə edəcək. Master Plana uyğun olaraq Abşeron yarımadasında 5900 km su, 7100 km kanalizasiya, 970 km yağış suları xətləri çəkiləcək. Bunlarla yanaşı, qarşıdakı illərdə tutumu 1 milyon 345 min kubmetr olan 80-dən çox su anbarı, ümumi məhsuldarlığı sutkada 1 milyon 375 min kubmetr olan 11 çirkab sutəmizləyici qurğunun tikintisi də nəzərdə tutulur.
Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı