Modern.az

Püşk atıldı - “Fənər”in” bəxtinə “Benfika” çıxdı

Püşk atıldı - “Fənər”in” bəxtinə “Benfika” çıxdı

Təhsil

12 Aprel 2013, 15:42

Avroliqanın yarımfinal mərhələsində üzləşəcək komandalar bəlli oldu. Modern.az-ın məlumatına görə, Bu gün İsveçrənin Nion şəhərində keçirilən püşkatmada Türkiyəni təmsil edən "Fənərbaxça" klubunun rəqibi "Benfika" olub.

İlk oyun aprelin 25-də İstanbulda, cavab görüşü isə mayın 2-də Lissabonda olacaq.

İngiltərənin "Çelsi" klubunun püşkünə İsveçrənin "Bazel" klubu çıxıb. İlk oyun aprelin 25-də İsveçrədə, cavab görüşü isə mayın 2-də İngiltərədə baş tutacaq.

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi də keçirilib.

Modern.az-ın məlumatına görə, bu mövsüm Avropanın ən dörd güclü klublarından ikisi Almaniya təmsilçisi ikisi isə İspaniyanı təmsil edir.  Püşkün nəticəsinə əsasən, yarımfinalda aşağıdakı cütlüklər qarşılaşacaq:

“Bavariya” (Almaniya) - "Barselona" (İspaniya)

“Borussiya” (Dortmund, Almaniya) - “Real” (İspaniya)

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında ilk görüşlər aprelin 23-24-ü, cavab oyunları isə aprelin 30-u və mayın 1-də keçiriləcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı