
Aprelin 14-də keçiriləcək təkrar sınaq imtahanına bu dəqiqəyə qədər 17333 yazılış olub. Bunu
Modern.az saytına açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O, həmçinin aprelin 21-də keçiriləcək sınaq imtahanına da yazılışın davam etdiyini vurğulayıb.
E.Nağızadə eyni zamanda bildirib ki, ali məktəblərə builki qəbul imtahanlarında iştirak üçün hələlik 2665 abituriyent ərizə verib.
Qeyd edək ki, təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər 2013-cü il aprelin 9-dan mayın 17-dək internet vasitəsilə elektron ərizələrini doldurur və tələb olunan sənədləri aprelin 15-dən mayın 17-dək müvafiq SQK-da təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
Aytən ƏLİYEVA