Modern.az

Sürücülük vəsiqəsilə bağlı cərimələr ləğv edilir

Sürücülük vəsiqəsilə bağlı cərimələr ləğv edilir

Təhsil

12 Aprel 2013, 18:08


Azərbaycanda sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cərimə ləğv edilir.

Modern.az-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 19-da keçiriləcək iclasında İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik müzakirə ediləcək.

Qeyd edək ki, mövcud qanunvericilikdə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 40 manat miqdarında cərimə nəzərdə tutulur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı