Modern.az

İlham Əliyev xalq artistinin ölümü ilə bağlı başsağlığı verdi

İlham Əliyev xalq artistinin ölümü ilə bağlı başsağlığı verdi

Təhsil

12 Aprel 2013, 20:21

Prezident İlham Əliyev, Azərbaycanın dövlət rəsmiləri və kino xadimləri xalq artisti Nodar Şaşıqoğlunun vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Məşhur aktyorun ölümü ilə bağlı imzalanan nekroloqda Nodar Şaşıqoğlunun sənət aləminə qədəm qoyduğu ilk günlərdən istedadlı aktyor kimi tanındığı, böyük peşəkarlıq və yüksək səhnə mədəniyyəti ilə sənətsevərlərin qəlbinə yol tapdığı qeyd olunub. .  Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

Bildirilib ki, tanınmış kino və teatr aktyoru, unudulmaz sənətkar və səmimi insan Nodar Şaşıqoğlunun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

 Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Azər Paşa Neymətov

Şəfiqə Məmmədova

Eldar Quliyev

Cənnət Səlimova

Aleksandr Şarovski

Məbud Məhərrəmov

Səfa Mirzəhəsənov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı