Türkiyənin səkkizinci prezidenti Turqut Özalın ölümündən 20 il ötür. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, mərhum prezidentin həyat yoldaşı Səmra Özal hökumətə təklif edib ki, Tuqruz Özala şəhidlik statusu verilsin.
Turqut Özalın vəzifədə olduğu zaman zəhərlənərək öldürüldüyünü deyən Səmra Özal Türkiyə rəsmilərinə üz tutaraq həyat yoldaşının şəhid kimi tarixə düşdüyünü bildirib.
Qeyd edək ki, bu gün Türkiyənin sabiq prezidenti Turqut Özalın ölümündən 20 il ötür. Mərhumun zəhərlənərək öldürülməsində şübhəli bilinən genereal Ləvənt Ersöza qarşı cinyət işi açılıb.