Modern.az

Güney Azərbaycanda baş verən 5,1 ballıq zəlzələ Naxçıvanı da vurdu

Güney Azərbaycanda baş verən 5,1 ballıq zəlzələ Naxçıvanı da vurdu

Təhsil

18 Aprel 2013, 17:09

İranın Mərənd şəhərində 5,2 bal gücündə zəlzələ baş verib. İran KİV-lərinin məlumatına görə, zəlzələ ölkənin bir sıra şəhərlərində, o cümlədən Təbrizdə də hiss olunub.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumata görə, yerli vaxtla saat 15:39-da Naxçıvandan 82 km cənub-qərbdə, İran İslam Respublikasının ərazisində Mərənd şəhərindən 21 km cənub-qərbdə zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 5,2 bal təşkil edib. Zəlzələ yerin 10 km dərinliyində baş verib.

Zəlzələ Azərbaycan ərazilərində hiss olunub. Zəlzələnin təsiri Naxçıvan və Ordubad ərazisində 3 bala qədər hiss olunub.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı