Modern.az

Prezident daha bir rayonun icra başçısını dəyişdi

Prezident daha bir rayonun icra başçısını dəyişdi

Təhsil

22 Aprel 2013, 18:30

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ordubad rayonuna yeni  icra başçısının təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Modern.az prezidentin rəsmi saytına istinadən bildirir ki, ölkə başçısının sərəncamı ilə Elşad Novruz oğlu Məmmədov Ordubad rayonu İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb.

Ölkə başçısının digər sərəncamı ilə, Elşad Məmmədqulu oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!