Modern.az

İlham Əliyev prezidentliyə namizəd oldu -YENİLƏNİB

İlham Əliyev prezidentliyə namizəd oldu -YENİLƏNİB

Təhsil

7 İyun 2013, 12:29


Bu gün hakim Yeni Azərbaycan Partiyasının V qurultayı keçiriləcək. Modern.az saytı xəbər verir ki, “Buta Palace” sarayında keçiriləcək qurultayda ölkə başçısı İlham Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi gözlənilir.

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da Modern.az-a açıqlamasında bildirib ki, partiyada struktur dəyişikliyi də gözlənilir.

YAP qurultayına partiyanın qurucuları hesab olunan “91-lər”dən də dəvət olunanlar var.

***

“Buta” sarayında Yeni Azərbaycan Partiyasının V qurultayı başlayıb. Azərbaycan Respublikasının Prezidenti, partiyanın sədri İlham Əliyev qurultayın açılışında geniş nitq söyləyib.

***

Modern.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) hazırda davam edən V qurultayında partiya sədri, hazırki ölkə başçısı İlham Əliyevin  prezidentliyə namizədliyi rəsmən irəli sürülüb. Prezident İlham Əliyev həmçinin qurultayda Yeni Azərbaycan Partiyasının sədri seçilib.

Qurultaya yekun vuran Prezident, YAP-ın sədri İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və öz fəaliyyəti ilə bu etimadı doğruldacağını bəyan edib.

Aqşin Kərimov  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı