Modern.az

Deputat təkliflərinin qəbul olunmamasından şikayətləndi- qanun qəbul olundu

Deputat təkliflərinin qəbul olunmamasından şikayətləndi- qanun qəbul olundu

Təhsil

13 İyun 2013, 13:17

Parlamentin iclasında "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanununun layihəsinin müzakirəsi başlayıb. Modern.az xəbər verir ki, qanun layihəsinin müzakirəsinə Əli Hüseynlinin çıxışından sonra deputat Sabir Rüstəmxanlı qoşulub. Deputat qanun layihələrinin hazırlanmasında irəli sürdükləri təkliflərə baxılmamasında şikayətlənib.

“Əli Hüseynli bildirdi ki, bu qanun layihəsinin hazırlanmasında ayrı-ayrı millət vəkillərinin təklifləri, tövsiyyətləri yer alıb. Bu həmişə belə olmur. Mən çox təəssüf edirəm ki, bəzən biziçm dediyimiz divara- daşa dəyib özümüzə qayıdır. Belə olan halda bu müzakirələ kimə, nəyə lazımdır.  20 ildir ki, biz burada Azərbaycanın bölünmüş xalq olduğumuzu söyləyirik və həmin azərbaycanlıları digər əcnəbilərdən fərqləndirməyin zəruri olduğunu bəyan edirik. Yaxşı olardı ki, Miqrasiya Məclləsində də bu məsələ əksini tapsın. Təəssüf ki, bu, Miqrasiya Məcəlləsində yer almayıb”

Deputatın fikirlərinə vitse-spiker Zifayət Əsgərov cavab verib. O bildirib ki, heç kimin təklfi geri qayıtmır.

Sabir Rüstəmxanlı həmçinin Miqrasiya Məcəlləsində Güney Azərbaycandan olanlarla digər əcnəbilər arasında fərq qoyulmasını istəyib. Ancaq Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, bu tipli məsələlərdə beynəlxalq hüquq qaydalarından kənara çıxmaq mümkün deyil.

“Heç kimin təklifi, tövsiyyəsi daşa-divara dəyib geri qayıtmır. Beynəlxalq normalar çərçivəsində öz həllini tapır. Bu elə görünməsin ki, xaricdə yaşayan azərbaycanlıları hamıdan çox istəyirsiz”.

Qeyd edək ki, Miqrasiya Məcəlləsi üçüncü oxunuşda qəbul olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı