Modern.az

Taksimdəki qanlı iğtişaşlarda 5 nəfər öldü

Taksimdəki qanlı iğtişaşlarda 5 nəfər öldü

Təhsil

13 İyun 2013, 17:30


Türkiyədə Gəzi parkının müdafiəçiləri ilə polis arasındakı toqquşmalarda daha bir nəfər dünyasını dəyişib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün Ankarada keçirilən etiraz aksiyasında polislə toqquşmalarda yaralanan 26 yaşlı Eter Sarısuluk müalicə aldığı xəstəxanada keçinib.

Onun vəkilinin sözlərinə görə, gəncin başına polis gözyaşardıcı qaz balonunu zərbə ilə endirib. Beləliklə etirazların 15-ci günündə həlak olanların ümumi sayı 5 nəfər çatıb. Beynəlxalq təşkilatlar, o cümlədən Amnesty İnternational polisin həddən artıq güc tətbiq etdiyini bildirir.

Etirazçılar isə hökumətlə danışıqlar nəticə verməzsə, polislə yeni toqquşmalara hazır olduqlarını bildirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı