Modern.az

“Mehriban Əliyevanın sədr müavini seçilməsi YAP üçün müsbət hadisədir”

“Mehriban Əliyevanın sədr müavini seçilməsi YAP üçün müsbət hadisədir”

Təhsil

13 İyun 2013, 17:38

“Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının sədr müavini seçilməsi partiyanın fəaliyyətinə müsbət təsir göstərəcək”.

Bunu Yeni Azərbaycan Partiyasının tanınmış simalarından olan deputat Arif Rəhimzadə partiyanın iyunun 7-də keçirilən qurultayında rəhbərlikdə edilən dəyişiklik barədə Modern.az-a münasibət bildirərkən deyib.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Mehriban Əliyeva çox işgüzar bir insandır: “Mehriban Əliyeva daim Azərbaycanın problemləri ilə məşğul olur. Hesab edirəm ki, onun partiyamızın rəhbərliyində təmsil olunması fəaliyyətimizə müsbət təsir göstərəcək”.
Ulduz İBRAHİMOVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı