Modern.az

AŞPA həmməruzəçiləri müxalifətlə görüşüb

AŞPA həmməruzəçiləri müxalifətlə görüşüb

Təhsil

13 İyun 2013, 22:42

Ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Joseph Debono Grech siyasi partiyaların nümayəndələri ilə görüşüb.

Modern.az-ın məlumatına görə, görüşdə AXCP, Müsavat Partiyası, Açıq Cəmiyyət Partiyası, “El” hərəkatının nümayəndələri iştirak ediblər.

AŞPA həmməruzəçiləri ilə görüşdə müxalifət qüvvələrinin birləşdiyi Milli Şura, Rüstəm İbrahimbəyovun namizədliyi və siyasi məhbuslarla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmməruzəçilər Milli Şuranın yaradılmasını müsbət qiymətləndirərək  Azərbaycanda seçkilərin demokratik şəraitdə keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı