Modern.az

Eldar Namazov Ümumrespublika müşavirəsi keçirməyə hazırlaşır

Eldar Namazov Ümumrespublika müşavirəsi keçirməyə hazırlaşır

Təhsil

15 İyun 2013, 17:04

““El” Hərəkatı ümumrespublika müşavirəsinə hazırlaşır. Gələcək fəaliyyətimizdə bir çox məqsəd və vəzifələr nəzərdə tutulub. Sədr Eldar Namazov da bu istiqamətdə intensiv işlər aparır”.

Bunu Modern.az saytına açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib. Onun sözlərinə görə, müşavirənin keçirilməsi tarixi dəqiq bəlli olmasa da, bu istiqamətdə işlər aparılır.

“Bu barədə İdarə Heyətinin üzvləri qərar çıxarıb”-deyən “El” rəsmisi qeyd edib ki, təxminən 15-20 günə müşavirənin keçirilməsi tarixi müəyyənləşəcək və yaxın bir zamanda bu  reallaşacaq.

  Xatırladaq ki, “El” Hərəkatı bu ilin mart ayında yaradılıb.  

Aqşin KƏRİMOV
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı