Modern.az

Rusiya səfiri Abbas Abbasovun Bakıya gələn nümayəndələrilə görüşüb

Rusiya səfiri Abbas Abbasovun Bakıya gələn nümayəndələrilə görüşüb

Təhsil

15 İyun 2013, 17:14

Rus səfiri “AzerRos”un rəhbərlərinə “sizin gördüyünüz işlər çox mühümdür” deyib

 

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin  Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) Bakıda olan nümayəndə heyətini qəbul edib. Modern.az bildirir ki, görüşdə “AzerRos”un vitse-prezidenti Mehriban Sadıqova, təşkilatın regional məsələlər üzrə vitse-prezidenti Rafael Babayev və qadınlar şurasının sədri Tamilla Şıxməmmədova iştirak edib. Səfirə təşkilatın bu günlərdə açılşını etdiyi “Dostluq” beynəlxalq uşaq yay düşərgəsi barədə məlumat verilib.   

Bundan başqa Doroxinə “AzerRos”un sədrinin və Ağsaqqalar Şurasının fəaliyyəti,  təşkilatın həyata keçirdiyi və planlaşdırdığı layihələr barədə ətraflı məlumat verilib. Onlar bildiriblər ki, “AzerRos”un fəaliyyəti Rusiya və Azərbaycan arasında döstluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına böyük töhfələr verir.    

Səfir Doroxin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, belə humanitar layihələr xalqlar arasında münasibətləri daha da irəli aparır.

“Bu baxımdan sizin gördüyüünz işlər çox mühümdür. Bu fəal humanitar əlaqələr  hər iki ölkə arasında olan çoxcəhətli əlaqələrə müsbət təsir göstərir”-deyə səfir vurğulayıb.   

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı