Modern.az

Milli Şurada Rüstəm İbrahimbəyovun Bakıya gəlməməsinə narazılıq bildirilib

Milli Şurada Rüstəm İbrahimbəyovun Bakıya gəlməməsinə narazılıq bildirilib

Təhsil

21 İyun 2013, 12:35

“Cəmiyyətdə Rüstəm İbarahimbəyovun Azərbaycana gəlişinin gecikməsi ilə bağlı narahatlıqlar var. Biz vahid komanda ilə bu seçkilərə getməliyik. Çox qısa zamanda seçki qərargahı yaradılmalıdır”. Modern.az-ın məlumatına görə, bu sözləri Azərbayacan Liberal Partiyasının sədri Əvəz Temirxan Milli Şuranın bu gün keçirilən ilk sessiyasında deyib.

Açıq Cəmiyyət partiyasının sədri Sülhəddin Əkbər isə çıxışında bildirib:

“Mili Şura beynəlxaq yox, ümumxalq proyektinə çevrilməldir. Vahid namizədlə bağlı qeyri-müəyyənliyə Milli Şurada son qoyulmalı və hakimiyyətə gəlmək uğrunda mübarizə aparılmalıdır. Əksəriyyət Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləyir. Növbəti sessiyalarda vahid namizəd mütləq müəyyənləşdirilməlidir”.

Sessiya hazırda davam edir.

Aqşin Kərimov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı