Modern.az

Gürcülərdən ermənilərə ağır zərbə

Gürcülərdən ermənilərə ağır zərbə

Təhsil

3 Aprel 2010, 19:47

st1:*{behavior:url(#ieooui) }

Gürcü sərhədçiləri “Yuxarı Lars” sərhəd buraxılış-məntəqəsindən keçməklə ölkələrinə qayıtmaq istəyən bir qrup Ermənistan vətəndaşını ölkə ərazisinə buraxmayıb.  Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki,  Tiflis bəyan edib ki, onlar Gürcüstan ərazisindən keçməklə vətənlərinə  qayıda bilməzlər. Buna səbəb isə ermənilərin “Aşağı Zarmaq” Rusiya – Cənubi Osetiya buraxılış- nəzarət məntəqəsindən keçmələridir. Gürcü tərəfin məlumatına görə, ermənilər tanınmamış  Cənubi Osetiya respublikasının dirçəldilməsində separtçı rejimə kömək ediblər.   Tiflis hesab edir ki, ermənilərin separatçı respublikadakı fəaliyyəti onların Gürcüstan ərazisindən tranzit kimi istifadə etməsinə imkan vermir. Qeyd edək ki, “İşğal olunmuş ərazilərə dair” Gürcüstan qanununa üyğun olaraq rəsmi Tiflisin icazəsi olmadan Gürcüstanın işğal olunmuş ərazilərinə səfər edən xarici ölkə vətəndaşları gəlişlərinin məqsədlərindən asılı olmayaraq Gürcüstan ərazisinə daxil ola bilməzlər. Bu cür qaydaları pozan xarici ölkə vətəndaşları gürcü qanunlarına görə cərimələnir və ya 2 il azadlıqdan məhrum olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı