Modern.az

Bakı-Qazax yolunda ağır qəza: 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakı-Qazax yolunda ağır qəza: 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Təhsil

28 İyun 2013, 09:36

Ötən gecə Tovuz rayonu ərazisində ağır yol qəzası baş verib. Modern.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bakı-Qazax yolunda (Tovuz rayon mərkəzindən 12 km aralı) sahibləri məlum olmayan "VAZ" markalı və "OPEL" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Qəza zamanı şəxsiyyəti məlum olmayan 3 nəfərin cəsədi və 2 nəfər müxtəlif bədən xəsarətləri ilə vətəndaşlar tərəfindən çıxarılaraq aparılıblar. "OPEL" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 1 nəfər sərnişin cəsədi isə yanğındöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobillərdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı