Modern.az

AXCP Lənkəranda tutulan partiya üzvünün müdafiəsinə qalxdı

AXCP Lənkəranda tutulan partiya üzvünün müdafiəsinə qalxdı

Təhsil

28 İyun 2013, 13:24

“AXCP Lənkəran rayon təşkilatı üzvünün polisə çağırılma motivi dəqiqləşəndən sonra biz də öz növbəmizdə onun hüquqlarının müdafiəsi ilə bağlı tədbir görəcəyik”. Bunu Modern.az-a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, əgər həbs-qətimkan tədbiri seçilsə, AXCP də müvafiq addımlar atacaq. “

"Məsələ barədə hansı tədbirlər nəzərdə tutulsa, onu da həyata keçirəcəyik”, – deyən AXCP rəsmisi əlavə edib ki, məsələ partiyanın diqqətində saxlanılacaq.

Partiya funksioneri AXCP Lənkəran rayon təşkilatının üzvü Şahin Ağayevin polisə çağırılmasını onun siyasi fəaliyyəti ilə əlaqələndirdi.

Xatırladaq ki, bu gün AXCP üzvü Şahin Ağayev Lənkəran rayon Polis Şöbəsinə aparılıb.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı