Modern.az

Prezident polisin bayramında iştirak etdi

Prezident  polisin bayramında iştirak etdi

Təhsil

2 İyul 2013, 12:16

İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

Modern.az AzərTac-a istinadən bildirir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, Mərkəzdə yaradılmış şəraitlə tanış olub.

Bildirilib ki, Azərbaycan Prezidentinin 2009-cu il 22 may tarixli Sərəncamı əsasında yaradılmış Mərkəz Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, geniş təbliği məqsədi ilə fəaliyyətə başlayıb.


Ali Baş komandan İlham Əliyev Mərkəzin akt zalında Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşüb və nitq söyləyib. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı