Rusiyanın Smolensk vilayətində qəzaya uğramış Tu-154 təyyarəsinin 2 “qarı qutu”su tapılıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “qara qutu”nun təhqiqatı davam edir. Lakin 89 insanı son mənzilə aparmış təyyarənin qəzaya uğraması səbəbləri ilə bağlı ilkin versiyalar səslənməyə başlayıb.
Bu barədə Polşa televiziyası məlumat verib. Məlumata görə, qəzaya təyyarənin pilotunun səhv qərar verməsidir. Polşanın TVN-24 telekanalına verdiyi açıqlamasında aviasiya eksperti Toamaş Şults qeyd edib ki, Tu-154 təyyarəsinin qəzaya uğramasına pilotun səhvi səbəb olub. “Problemlər pilotla bağlı olub. Adi vəziyyətlərdə pilot təyyarəni yerə endiriməkdən imtina edərdi, lakin bu dəfə pilot ehtimal ki, təyyarəni 3-4 dəfə yerə endirməyə cəhd edib ki, bu da fövqəladə situasiyadır ”,-deyə Şults bildirib. Onun sözlərinə görə, çox yəqin ki pilota yer enməsi üçün təzyiqlər ediblər. Buna əsas kimi təyyarə salonunda yüksəkrütbəli məmurların olması göstərilib. “Mən qeyd etmək istəyirəm ki, vəziyyət fövqəladə olub, movcud pis hava şəraitnin təyyarədə olan yüksəkrütbəli məmurların həyatı üçün təhlükə yaratması çox nadir hallarda olur. Əgər hava pisdirsə, pilot hətta təyyarəni yerə endirməyə belə cəhd etmir”,-deyə ekspert bildirib.
Son məlumata görə, “qara qutu”nun təhqiqatı göstərib ki, “Tu-154” –ün heyəti yerdən gələn siqnallara əməl etməyib. Əldə olunan məlumata görə, Smolensk hava limanının yerüstü xidməti Tu-154-ün pilotuna yerə enməməyi tövsiyyə edib. Lakin təyyarə heyəti bu göstərişi yerinə yetirməyib.