Modern.az

Gürcüstan parlamenti fəaliyyətini dayandırır

Gürcüstan parlamenti fəaliyyətini dayandırır

Təhsil

16 Sentyabr 2013, 10:22


Gürcüstan parlamenti gələn aydan fəaliyyətini dayandıracaq. Modern.az xəbər verir ki, spiker Usupaşvili mətbuata açıqlamasında Gürcüstan parlamenti oktyabrda fəaliyyətini dayandıracağını bəyan edib.

Parlament sədrinin sözlərinə görə, bu, oktyabrın 27-də keçiriləcək prezident seçkiləri ilə əlaqədardır.

Qeyd edək ki, Gürcüstan Konstitusiyasına görə, qanunverici orqan prezident seçkiləri ərəfəsində bir ay müddətində fəaliyyətini dayandıra bilər.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!