Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli bu gün keçirdiyi mətbuat konfransında MSK-ya etiaz edib. Modern.az xəbər verir ki, C.Həsənli MSK-nın ödənişsiz təbliğatla bağlı püşkatmasından narazı qalıb.
Onun sözlərinə görə, bu cür bölgü namizədlərə təzyiqin bir elementidir. “Belə bölgü namizədlərə yaradılmış süni maneədir”.
C.Həsənli daha sonra seçki platformasından söz açaraq Avroatlantik məkana inteqrasiyanı dəstəklədiyini deyib.
O Milli Şuranın xarici siyasət perspektivini şərh edərkən bildirib ki, prezident seçiləcəyi təqdirdə Azərbaycanın qonşularla münasibətləri normal səviyyədə quracaq. “Qonşu dövlətlərlə münasibətlərin qurularkən Azərbaycanın ərazi bütövlüyü prinsipi nəzərə alınacaq”.
Aqşin Kərimov