Modern.az

Asim Mollazadənin partiyasında istefa

Asim Mollazadənin partiyasında istefa

Təhsil

16 Sentyabr 2013, 16:47

Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının sədri Ramil Hacılı istefa verib. Modern.az-ın məlumatına görə, bu barədə R.Hacılı özü bildirib.

O, bu addımı atmasına səbəb olaraq fəaliyyətinə maneələrin yaradıldığını göstərib:

“Mən Demokratik İslahatlar Partiyası sıralarından ayrıldım. Bugünədək etdiyi bütün dəstəyə və dostluğa görə, Asim Mollazadə başda olmaqla bütün partiyadaşlarıma təşəkkür edirəm. Hər zaman özümü müstəqil və azad hiss etmişəm, lakin mənim partiya mənsubiyyətimdən istifadə edib fəaliyyətimə maneələr yaradıblar. Bu gündən sonra Azərbaycan Avropa Hərəkatının rəhbəri kimi ictimai fəaliyyətimi davam etdirəcəm. Gələcək siyasi fəaliyyətimlə bağlı isə düşünəcəm”.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı